Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.
Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
Tarixi 1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi.
Mədəniyyəti İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər.
Əhalisi "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı.
Görkəmli şəxsləri Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Hətəmli Natiq Cavadov-Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor
İstinadlar
İstifadə olunan ədəbiyyat Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001 Baxşeyiş Abbasoğlu "Ağdam ağrıları", 2003; V. Əsgərov "Azərbaycanın Milli Qəhrəmanları", 2010; O. Məmmədov "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri", 20001.
Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri