Məsud Qəznəvi () — Qəznəvilərin üçüncü sultanı.
Həyatı Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Ordu Məsudun məğlubiyyətindən narahat olaraq onu Məhəmməd Qəznəvi ilə dəyişdi. Sultanın qızı Hürreyi Xuttali Məhəmməd Qəznəvinin oğlu Əhməd Qəznəvi ilə evləndirildi. Məsud həbs olunduğu qalada sui-qəsd nəticəsində öldürüldü.Gerdîzî, s.204-206Bosworth, The Later Ghaznavids: Splendour and Decay, s.15-19
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Hərbi liderlər Kateqoriya:Qəznəvilər Kateqoriya:İran tarixi Kateqoriya:Sultanlar Kateqoriya:Orta əsr qoşun başçıları Kateqoriya:Əkiz insanlar