Transitions Online və ya qısaca Transitions (TOL) — Çexiyada yerləşən qeyri-kommersiya təşkilatı olub keçmiş Sovetlər Birliyinin, Şərqi, Mərkəzi və Cənub-şərqi Avropanın, Baltikyanı, Qafqaz və Orta Asiyanın post-kommunist ölkələrində medianın müstəqilliyini, professionallığını və təsirini artırmaq üçün yaradılıb. Təşkilat bunu jurnalistika, media təlim proqramları və 1999-cu ildən internetdə yayımlanan Transitions Online jurnalı vasitəsilə həyata keçirir. Bu təşkilat dünyanın müxtəlif ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsi adlı tədbirlərin təşkilatçısıdır.

İstinadlar

Xarici keçidlər Transitions Online

Həmçinin bax Sosial Yeniliklər Düşərgəsi

Kateqoriya:Qeyri-hökumət təşkilatları Kateqoriya:Beynəlxalq təşkilatlar