Frensis Bekon (; ) — ingilis filosofu, tarixçisi, siyasi xadimi və yazıçısı, empirizmin banisi.
Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən belə bir iddia mövcuddur ki, Şekspirin əsərlərinin müəllifi əslində Frensis Bekon olmuşdur.
Fəlsəfəsi 1584-cü ildə ingilis parlamentinə deputat seçilmiş, 1613–1617-ci illərdə İngiltərə və Uelsin Baş Prokuroru, 1617–1621-ci illərdə İngiltərə hökumətində ən yüksək vəzifələrdən sayılan lord-kansler, həmçinin 1617–1618-ci illərdə Böyük möhürün lord-qoruyucusu vəzifələrini tutmuşdur. 1621-ci ildə rüşvətdə ittiham edilərək məhkəməyə cəlb olunmuş, vəzifələrindən azad edilmişdir. Lakin, kral tərəfindən əfv edilmiş, bundan sonra vəzifəyə qayıtmayaraq elmi və ədəbi fəaliyyətlə məşğul olmuşdur.
F. Bekon hesab edirdi ki, fəlsəfənin başlıca vəzifəsi elmi idrakı əsaslandırmaqdır. Bekona görə, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir, təbiət qüvvələrindən insanların rifahı üçün istifadə etmək lazımdırZeynəddin Hacıyev. Fəlsəfə. Bakı, 2012. s.69.
Bekon fəalyyətə hüquqşünas kimi başlasa da, sonradan filosof və elmi inqilabın tərəfdarı kimi tanınır. Onun əsərləri elmi tədqiqatların induktiv metodologiyasının əsası və təbliğatçısı kimi tanınmağa başladı. Bu metod hal-hazırda Bekon metodu adlanır. Bu metoda görə induksiya təcrübə və müşahidə vasitəsilə ətraf mühitdən bilik və hipotezlərin təsdiqini əldə edir. Qeyd etmək lazımdır ki, bu metoddan o dövrün əlkimyaçıları da istifadə edirdilər. Bekon elmin problemlərinə münasibətini 1620-ci ildə dərc edilmiş "Yeni orqanon" əsərində ortaya qoyur.
Elmi fəaliyyəti Bekon elmin üstünlüklərini mübahisəsiz həqiqət sayırdı. Ona hal-hazırda məşhur olan "Elm-qüvvədir" və " Bilik — özü-özlüyündə qüvvədir" kəlamları məxsusdur "Knowledge itself is power". Bekonun başlıca əsərləri "Yeni orqanon", "Yeni Atlantida" və "Təcrübələr" adlanırdı. Bekona görə fəlsəfənin əsasında üç predmet durur: Allah, ruh və insan. Allah və ruh dərkedilməzdir. Yalnız insan bədənini dərk etmək olar. Bekonun dövründə elmə hücumlar çox qüvvətli idi. Bekon bu qənaətə gəlir ki, bəzi teoloqların qeyd etdiyi kimi Allah təbiəti dərk etməyi qadağan etməyib. Əksinə o insana dünyanı dərk etmək üçün ağıl veribdir. Onun fikrincə, insanlar başa düşməlidirlər ki, iki dərketmə halı var : 1) ədalət və pisliyin dərk edilməsi, 2) Allahın yaratdığı mühitin dərk edilməsi.
O bildirir ki, ədalət və pisliyin dərk edilməsi insanlara qadağan edilib. Bu insanlara Allah tərəfindən Bibliya vasitəsilə verilir. Ancaq yaradılmış ətrafı insan ağlı vasitəsilə edə bilər. Ona görə də elm "insan şahlığında" öz layiqli yerini tutmalıdır. Elmin vəzifəsi insanın qüvvəsini və gücünü artırmaq və ona təmin edilmiş və layiqli həyat təmin etməkdir. Bekon dinin toxunulmaz olub elmdən kənar durmasını tövsiyə edirdi.
Dərketmə metodu Bekon elmin zəifliyini göstərərək bildirirdi ki, indiyə qədərki elmi kəşflər sistematik yox, təsadüfü edilmişdir. Tədqiqatçılar düzgün metodla silahlanmalıdırlar. Metod — tədqiqatların ən düzgün yoludur. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər.
Elmi dərketmənin əsasında Bekona görə induksiya və eksperiment durmalıdır. Bekon təkidlə bildirirdi ki, həqiqət və əsl bilik təcrübədən yaranır. Bu fəlsəfi metod elmdə hal-hazırda empirizm adlanır. Böyük filosof həm bu metodun yaradıcısı olmuş, həm də onu daim tətbiq etmişdir.
Ədəbiyyat thumb|Bacon, Sylva sylvarum Городенский Н. Франциск Бэкон, его учение о методе и энциклопедия наук. Сергиев Посад, 1915. Иванцов Н. А. Франциск Бэкон и его историческое значение.// Вопросы философии и психологии. Кн. 49. С. 560–599. Либих Ю. Ф. Бэкон Веруламский и метод естествознания. СПб., 1866. Литвинова Е. Ф. Ф. Бэкон. Его жизнь, научные труды и общественная деятельность. СПб., 1891. Путилов С. Тайны "Новой Атлантиды" Ф. Бэкона // Наш современник.1993.№ 2. С.171–176. Сапрыкин Д. Л. Regnum Hominis. (Имперский проект Френсиса Бэкона). М.: Индрик. 2001 Субботин А. Л. Шекспир и Бэкон // Вопросы философии.1964.№ 2. Субботин А. Л. Фрэнсис Бэкон. М.: Мысль, 1974.-175 с. Material originally from the 1911 Schaff-Herzog Encyclopedia of Religion. Material originally from the 1912 Schaff-Herzog Encyclopedia of Religion. Benjamin Farrington, The Philosophy of Francis Bacon (Chicago: Univ. of Chicago Press, 1964). Contains English translations of Temporis Partus Masculus Cogitata et Visa Redargutio Philosphiarum James Spedding, Robert Leslie Ellis, Douglas Denon Heath, The Works of Francis Bacon, Baron of Verulam, Viscount St Albans and Lord High Chancellor of England 15 vols (London, 1857–74). Əlisa Nicat. Dünya fəlsəfi irsindən nümunələr. Bakı,1991. səh.67–68.
İstinadlar
Xarici keçidlər
Adil Əsədov "Zəka nuru" proqramı üzrə "Dahilər" seriyasından Frensis Bekonla bağlı çıxış etmişdir 1. 23 4 5 67 Frensis Bekon. Yeni Atlantida Frensis Bekon. F. Bekonun həyatı və əsərləri Bekon Frensis — həyat və yaradıcılığı
Kateqoriya:Aforistlər Kateqoriya:Atomistlər Kateqoriya:Böyük Britaniya esseistləri Kateqoriya:Empiristlər Kateqoriya:Hüquq filosofları Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:İngiltərə filosofları Kateqoriya:İngiltərə tarixçiləri Kateqoriya:İngiltərədə LGBT şəxslər Kateqoriya:Maarifçilik dövrü Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Məntiqçilər Kateqoriya:Ontoloqlar Kateqoriya:Romanlar Kateqoriya:Təfəkkür filosofları Kateqoriya:Xristian filosoflar Kateqoriya:XVI əsr filosofları Kateqoriya:XVI əsr İngiltərə yazıçıları Kateqoriya:XVII əsr filosofları Kateqoriya:XVII əsr tarixçiləri Kateqoriya:XVII əsr yazıçıları Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:XVII əsr siyasətçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri