Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası.
Yaradıcılığı Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.
1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
O, Bülbülün həyat və yaradıcılığı haqqında kitab və məqalələrin müəllifidir. Adelaida xanımın əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeninə və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görülmüşdür.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 1154 nömrəli Sərəncamı . e-qanun.az Adelaida Məmmədova 25 aprel 2015-ci ildə ömrünün 93-cü ilində vəfat etmişdir. Yas mərasimi Təzəpir məscidində keçirilmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Müəllifi olduğu kitablar Бюлъ-Бюлъ -Баку, 1964 Bülbül -Bakı, 1967 Маэстро Бюлъ-Бюлъ; К 110-летию со дня рождения Бюлъ-Бюля.-Баку, 2007 Маэстро Бюлъ-Бюлъ -Баку, 2009 Бюлъ-Бюлъ вокалист мирового класса.-Баку, 2010 Bizim Bülbül -Dünyanın Bülbülü.-Bakı, 2011 Bülbül Bütün Zamanların Nəğməkarı. Бюлъ-Бюлъ Певец Всех Времен.-Баку, 2012
Həmçinin bax Bülbül (müğənni) Polad Bülbüloğlu
Mənbə Görkəmli musiqi xadimləri — Adilə Məmmədova
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan muzeylərinin direktorları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar