Səfiyev Tağı bəy Baxşəli bəy oğlu () — maarifçi. C. Məmmədquluzadənin dostu və məsləkdaşı.
Həyatı İlk təhsilini Cəlil Məmmədquluzadənin dərs dediyi ikisinifli zemstvo məktəbində almış, sonra isə onun təşviqi ilə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur (1889–1893).
Seminariyanı bitirdikdən sonra iki il indiki Cəlilkənd məktəbində dərs demiş, 1895–1896 dərs ilindən isə pedaqoji fəaliyyətini C. Məmmədquluzadənin müdir olduğu məktəbdə ikinci müəllim kimi davam etdirmişdir. "Molla Nəsrəddin" jurnalında çıxışlar etmişdi. Sovet hakimiyyəti illərində pedaqoji fəaliyyətini davam etdirmiş, Qars müqaviləsinin (1921) imzalanması mərasimində Naxçıvan diyarının təmsilçisi olmuşdur.
1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığında inspektor vəzifəsində çalışmış, "Rusca-türkcə lüğət" (1929) hazırlamışdır. "Maarif zərbəçisi" döş nişanına layiq görülmüşdür.
Mənbə İ. Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri., B, 1997; yenə onun, Qars müqaviləsində Naxçıvan təmsilçisi, "Fikir" jurn., Naxçıvan, 1999, səh. 13–14.
İstinadlar
Kateqoriya:Səfiyevlər