Xınaxlı və ya el dilində Qaxay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan kənd inzibati ərazi dairəsində kənd.
Adının mənası "Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır".AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 350
Tarixi Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər.AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 350-351
Coğrafiyası Kür çayının sahilində, Şirvan düzündədir.
İstinadlar
Kateqoriya:Ağdaş rayonunun kəndləri Kateqoriya:Xınalıqlılar