Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür) — "Oğuz xaqan dastanı"na görə, 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" kitabına görə 24 oğuz boyunun 11-cisi.Atalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 56Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278. Azərbaycanlıların etnoqrafik qolu hesab edilirlər.

Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi İrana keçərək şahsevən adlanmışdır.Azərbaycan toponimləri. Ensiklopedik lüğət.. –Bakı: Azərbaycan ensiklopediyası, 1999. −588s. Eymurlar Türkiyə türkcəsinin Qara dəniz dialektində danışırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edirlər.

Eymur sözü ilə bağlı coğrafi adlar Ermənistan ərazisində Ayrım – Noyemberyan və Tumanyan rayonlarında kənd adları, Böyük Ayrım – Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. İmirli – İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. Ziya Bünyadova görə, "Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər".Bünyadov Z., Məmmədov H. Irəvan əyalətinin icmal dəftəri. Bakı, 1997

Həmçinin bax Qarapapaqlar

İstinadlar

Əlavə ədəbiyyat Вопросы этногенеза, палеоэтнографии и исторической этнографии. — Айрумы (К вопросу происхождения) — В. П. Кобычев, стр. 139 – 148. // Журнал "Советская этнография" Академии Наук Союза ССР. № 3 – 1962 . Редакционная коллегия: (главный редактор) член-корр. АН СССР С. П. Толстов, Н. А. Баскаков, член-корр. АН СССР А. В. Ефимов, М. О. Косвен, П. И. Кушнер, М. Г. Левин, (зам. главного редактора) Л. Ф. Моногарова, А. И. Першиц, Л. П. Потапов, И. И. Потехин, Я. Я. Рогинский, академик М. Ф. Рыльский, В. К. Соколова, Л. Н. Терентьева, Н. Н. Чебоксаров, В. Н. Чернецов. Москва: Издательство Академии Наук СССР, 1962, 232 стр. Könül Ibrahim qızı Səmədova. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoqrafiya). Bakı, "Nurlan", 2008,- 152 səh.

Xarici keçidlər Ayrımlı

Kateqoriya:Qədim türk tayfaları Kateqoriya:Azərbaycan boyları Kateqoriya:Üçoqlar Kateqoriya:Türk xalqları Kateqoriya:İranda yaşayan etnik qruplar