Əhəmiyyətli hadisələr

1600-cü ildən əvvəl

1601–1900

1901–cari 1949 — Haim Veytzman İsrailin ilk prezidenti kimi səlahiyyət müddətinə başlayıb. 1959 — Türk Hava Yollarına məxsus "Vickers Viscount" təyyarəsinin Qatvik hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub. Türkiyənin baş naziri Adnan Menderes qəzadan sağ çıxıb. 1970 — ABŞ ordusunun kapitanı hamilə həyat yoldaşını və iki qızını öldürməkdə ittiham olunub. 1979 — Çin–Vyetnam müharibəsi başlayıb. 1996 — Filadelfiyada dünya çempionu Qarri Kasparov "Deep Blue" superkompüterinə qarşı şahmat matçında qalib gəlib. 2006 — Filippinin Cənubi Leyte şəhərində torpaq sürüşməsi baş verib, ölənlərin sayı 1126 nəfərə çatıb. 2008 — Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 2015 — Haitidə Mardi Qra paradında baş verən izdihamda 18 nəfər ölüb, 78 nəfər yaralanıb. 2016 — Türkiyənin paytaxtı Ankarada Türkiyə Silahlı Qüvvələrinin kazarmasının qarşısında hərbi maşınların partlaması nəticəsində azı 29 nəfər ölüb, 61 nəfər yaralanıb. 2020 — Əlcəzairdə ilk dəfə COVID-19 qeydə alınıb.

Azərbaycana aid hadisələr 1992 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı Qaradağlı qətliamını törətmişdir.

Doğumlar

1600-cü ildən əvvəl 1028 — Əbdülmalik ibn Abdullah Cüveyni, İslam alimi

1601–1900 thumb|Əliağa Vahid

1854 — Nəcəf bəy Vəzirov, Azərbaycan yazıçısı 1859 — Nikolay Qamaleya, Rusiya həkimi 1888 — Otto Ştern, ABŞ və Almaniya fiziki 1895 — Əliağa Vahid, Azərbaycan şairi

1901–cari 1905 — Osvald Kyapp, Estoniya güləşçisi 1918 — Leyla Murad, Misir müğənnisi 1926 — Sofiya Hüseynova, Azərbaycan aktrisası 1943 — Rəhim Qazıyev, Azərbaycan dövlət xadimi 1956 — Əli Kazımov, Azərbaycan general-mayoru 1963 — Maykl Cordan, ABŞ basketbolçusu 1965 — Nazim Süleymanov, Azərbaycan futbolçusu və baş məşqçisi 1972 — Billi Co Armstronq, ABŞ müğənnisi 1975 — Ramiz Qasımov, Azərbaycan polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı 1981 Cozef Qordon-Levitt, ABŞ aktyoru Peris Hilton, ABŞ aktrisası 1991 — Ed Şiran, İngiltərə müğənnisi 1992 — Nicat Qurbanov, Azərbaycan futbolçusu 1997 — Musa Əsgərov, Azərbaycan leytenantı

Ölümlər

1600-cü ildən əvvəl thumb|Cordano Bruno

440 — Mesrop Maştots, Ermənistan dilçisi 1600 — Cordano Bruno, İtaliya filosofu

1601–1900 1664 — İvan Bohun, Ukrayna polkovniki 1673 — Molyer, Fransa dramaturqu 1827 — İohann Pestalotsi, İsveçrə pedaqoqu 1856 — Henrix Heyne, Almaniya şairi

1901–cari 1909 — Ceronimo, ABŞ hərbi lideri 1916 — Haşım bəy Vəzirov, Azərbaycan publisisti, tərcüməçi, jurnalist, naşir 1926 — Mədinə Gülgün, Azərbaycan şairəsi 1970 — Mir Teymur Yaqubov, Azərbaycan dövlət xadimi 1972 — Tayko Hirabayaşi, Yaponiya yazıçısı 1998 — Moris Bukay, Fransa həkimi 2005 Nataliya Tağıyeva, Azərbaycan aktrisası Omar Sivori, Argentina və İtaliya futbolçusu və baş məşqçisi 2008 — Aysel Gürəl, Türkiyə söz yazarı və aktrisası

Bayramlar və xüsusi günlər Ümumdünya Pişiklər Günü Kosovo — Müstəqillik Günü Liviya — İnqilab Günü

İstinadlar

*0217 Kateqoriya:Fevral *