Ruhəngiz Nağı qızı Qasımova () — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005).
Həyatı Bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi (1995), "Qızıl oğlan" musiqili nağıl (1999) xüsusi yer tutur.
9 oktyabr 2022-ci ildə Honkonqda vəfat edib. Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.
Şəxsi həyatı İlkin və Cananə adlı iki övladı var.
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 30 dekabr 2015 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 17 sentyabr 2019
Filmoqrafiya
İstinadlar
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Qadın bəstəkarlar Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycanın səs rejissorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər