Çester Çarlz Benniqton (, ) — Amerikanın Linkin Park və Dead By Sunrise qruplarının keçmiş solisti.(2015-ci ildə Stone Cold Pilots qrupunu tərk etmişdir.)
Gəncliyi Çester 1976-cı ilin 20 mart tarixində Amerikanın Arizona ştatında anadan olur. Atası yerli polisdə detektiv, anası isə tibb bacısı işləyir.1987-ci ildə Çesterin valideynləri boşanır. Anası böyük qardaşını və bacılarından birini götürüb, Çesteri və digər bacısını atası ilə qoyur. Çesterin ilk musiqi aləti piano olur. O, yeniyetmə olanda bir çox musiqi kollektivlərində iştirak edib, lakin əksər hallarda vokalist olub. Qardaşı sayəsində o, bir çox qruplarda yer alır. Uşaqlıqda Çester içkiyə və narkotikə qurşanır. Lakin daha sonra o qardaşının sayəsində bir neçə yeni rok-qrupda çalışır. 1999-cu ildə isə Çester həmin zamanlar "Xero" adlanan Linkin Park qrupundan təklif alır.
Karyerası
Linkin Park qrupunda Linkin Park qrupu ilə müqavilə imzalayan Çester bu qrupla dünya şöhrəti qazanır. O, qrupun solisti və lideri sayılır. Çester Benninqton Linkin Park qrupu ilə 4 studiya, 2 remiks, 2 canlı və 2 EP albomu yazdırır.
Dead By Sunrise qrupunda 2009-cu ilin yayında Çesterin boş vaxtı yaranır. O, fasilə götürüb Dead by Sunrise qrupunu yaradır. Qrupa onun köhnə musiqiçi yoldaşları daxil olur. 2009-cu ilin oktyabr ayında qrupun Out of Ashes adlı ilk studiya albomu işıq üzü görür. Bundan sonra qrup dünya turuna çıxır. Daha sonra Çester "Linkin Park"-ın yeni albomu üzərində çalışmaq üçün Kaliforniyaya qayıdır.
Şəxsi həyatı Çester 2 dəfə evli olub. İlk əvvəl Elka Brend adlı qadından qeyri-qanuni bir övladı olur. Birinci həyat yoldaşı ilə isə 1996-cı ildə evlənib və 2003-cü ildə boşanıb. 2004-cü ildə ikinci dəfə model ilə evlənib. Çesterin bu nikahlardan 2 oğlu, 2 əkiz qızı var.
Uzun illər içki və narkotik asılılığına görə müalicə alan Benninqton 20 iyul 2017-ci ildə 41 yaşında Palos Verdes Esteyts şəhərindəki evində özünü asaraq intihar edib.
Filmoqrafiya Adrenalin (2007) Adrenalin (2009) Gecə qədər qaranlıq (2010) Mişar 7 (2010)
İstinadlar
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:ABŞ müğənniləri