Oslo Universiteti (norveçcə Universitetet i Oslo, ) — Norveçin ən qədim, böyük və nüfuzlu universitetidir. Oslo şəhərində yerləşir.

Tarixi Universitet 1811-ci ildə "Kral Frederik Universiteti" (norveçcə Det Kongelige Frederiks Universitet və latınca Universitas Regia Fredericiana) kimi yaradılıb. Universitetin tikintisi üçün Humbolt Universitetindən nümunə götürülüb, və ilkin olaraq Danimarkanın və Norveçin kralı olan Frederikin şərəfinə adlandırılmışdır. Öz bugünkü adını isə 1939-cu ildə alıb.

Universitetdə lüteranlıq, ilahiyyat, hüquq, tibb, humanitar, riyaziyyat, təbiət elmləri, stomatologiya, sosial elmlər və təhsil fakültələri var. Hüquq fakültəsi hələ Milli Teatrın yaxınlıqda olan köhnə şəhərçikdə Karl Yohans küçəsində (Karl Johans gate), parlamentin (Stortinget) və kral sarayının yanında yerləşir. Digər fakültələr isə 1930-cu ildən tikilən müasir universitet şəhərçiyində Blindern adlı ərazidə yerləşir. Tibb fakültəsi isə Oslo ərazisində bir neçə universitet xəstəxanaları arasında bölüşdürülüb.

İndi universitetdə 27.000-ə yaxın tələbə təhsil alır və təxminən 4600 işçi çalışır. O, Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq "Dünya Universitetlərinin Akademik Reytinqi" tərəfindən tərtib onlunan dünyanın 100 top universitetlərinin siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub. Eyni zamanda Humanitar Fakültə Nordik ölkələrdə birinci, Avropada 5-ci və dünyada 16-cı ən yaxşı kimi seçilib.Uniforum nett no – HF-fakultetet er i verdstoppen. 2010-cu ildə QS Dünya Universitetlərin Reytinqində dünya üzrə 100-cü sırada olmuşdur.

Oslo Universitetin 1811-ci ildə yaranılmasından əvvəl Kopenhagen Universiteti Danimarka-Norveç ittifaqında yeganə universitet olub. Danimarka-Norveç ittifaqının 1814-cü ilin dağılmaslndan sonra, ölkələr arasında təhsil əlaqələri davam etdirilib. Oslo Universiteti Norveçdə 1946-cı ilə qədər yeganə universitet olub, ona görə də tez-tez sadəcə "Universitet" kimi tanınılır. Qeyri-rəsmi olaraq ona qısaca "Kral Frederikin" deyilir.

Oslo Universiteti Nobel mükafatını alanların təhsil ocağı olub və Nobel Sülh Mükafatı da Oslo şəhərində Hüquq fakültəsinin yaxınlığında verilir.

Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 63686968696465757567696958

Nobel laureatları Oslo Universitetindən beş tədqiqatçi Nobel mükafatına layiq görülüb: Frityuf Nansen (Fridtjof Nansen) – 1922 – Sülh (Fəqət onun elmi işi ona mükafat gətirməyib) Raqnar Friş (Ragnar Frisch) – 1969 – İqtisadiyyat Odd Hassel – 1969 – Kimya Ivar Gəver (Ivar Giæver) – 1973 – Fizika Triqve Hovelmu (Trygve Haavelmo) – 1989 – İqtisadiyyat

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

The University of Oslo website A brief history in English of the University of Oslo The Foundation for Student Life in Oslo (Studentsamskipnaden) Universitas (student newspaper) Universitas in English Radio Nova (student radio)

Kateqoriya:Norveç universitetləri Kateqoriya:1811-ci ildə yarananlar Kateqoriya:Osloda təhsil