Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort () — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort.

Həyatı Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur, Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib. Kraliça II Elizabetin həyat yoldaşıdır.

Yunanistan və Danimarka Kralı Andreyin 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georqun nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Kristianın, İngiltərə Kraliçası Kraliça Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır.

O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb. Almaniya və Şotlandiyada alman yəhudilərinin məktəblərində dərs alıb. 18 yaşında Böyük Britaniya Hərbi Qəniz Qüvvələrində qulluğa gedir və İkinci dünya müharibəsində iştirak edir. Bu zaman onun iki qardaşı Almaniya vətəndaşı kimi əks tərəfdə vuruşurlar.

Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Elizabet ilə münasibətlərini davam etdirir. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Leytenant Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.

Həmin il vəliəhd şahzadə Elizabet ilə kəbin kəsdirir. Toydan sonra Elizabetin atası kral V Georq tərəfindən ona Edinburq hersoqu və Kral həzrətləri titulları verilir. 1952-ci ildə Elizabet kraliça elan edildikdən sonra o, hərbi xidmətini dayandırır və kraliçanı müşayiət etməyə başlayır. 1957-ci ildə həyat yoldaşı II Elizabet ona Britaniya şahzadəsi titulu verir. O, kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı və ən yaşlı monarx əridir.

Filipin Elizabet ilə dörd uşağı var idi: Uels şahzadəsi Çarlz, Şahzadə Anna, Şahzadə Endryu və Şahzadə Eduard.

Ölümü Şahzadə Philip, 100 yaşına iki ay qalmış, 9 aprel 2021-ci ildə Windsor qalasında 99 yaşında öldü. Ölümündən sonra Cəbəllütariqdə 40 dəqiqə ərzində hər dəqiqə 41 atəş edildi. Dəfn mərasimi 17 aprel tarixinə təyin edildi.

İstinadlar

Kateqoriya:İngiltərə uzunömürlüləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr Britaniya yazıçıları Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Vindzorlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:XXI əsr Britaniya yazıçıları Kateqoriya:Birləşmiş Krallıq şahzadələri Kateqoriya:Britaniya masonları Kateqoriya:Din dəyişdirmə Kateqoriya:II Elizabet