Yuxan Liyv (, ) — eston şairi, yazıçısı və tərcüməçisi.
Həyatı Liyv, Estoniyanın Alatskivi bölgəsində olduqca yoxsul bir ailənin uşağı olaraq dünyaya gəlib. Ailəsi maddi durumları yaxşı olmamağına baxmayaraq Liyvi ölkənin ən böyük ikinci şəhəri olan Tartuda, jurnalist məktəbinə göndərdi. Ancaq Liyv burada fiziki rahatsızlıqlarla uğraşmaq məcburiyyətində qaldı və məktəbi bitirmədən evinə döndü. Bununla birlikdə fasiləsiz olaraq Olevik adlı gəzetdə şeirlərini və köşə yazılarını yayımlamağa başladı. Ancaq yazdığı şeirlər dövrün Eston ədəbî zövvi ilə uyğun deyildi. Bu d, Liyvin şeirlerinin uzun müddət gözardı edilməsine səbəb oldu.
Qısa hekayələri Liyv daha sonra Vari (Kölgə) adlı qısa hekayəsi ilə uğur qazandı və bu heayə yayımlandı. Bu dərin bir qayğını anladan hekayə, Liyvin gələcəkdə düz yazı ve şeirde göstərəcəyi tərzin bir əksi oldu. Bir çox oxuyucunun bilincində hekayənin ana xarakteri Villu və Liyv arasındakı yaxınlıq sorğulandı. Bu xarakter fiziki olaraq zəif olsa da zehni baxımdan güclü bir portret cızırdı. Liyv bir çox qısa hekayə qələmə aldı, ancaq bu hekayələrin heç biri "Vari" qədər uğurlu olmadı.
Ruhi xəstəliyi Liyv "Vari" satışa buraxıldıqdan qısa müddət keçdikdən sonra Tartudakı bir klinikada psixoloji müalicə görməyə başladı. Burada Lyiv üçün şizofrenya xəstəliyi qoyuldu. Liyv özünü önəmli tarixi figurlarla əlaqələndirməyə başlamışdı: Özünü Çar II Aleksandr-ın oğlu və ya Polşa kralı olaraq görürdu. Onun bu mental rahatsızlığı ilə olan mübarizəsi ölümünə qədər sürdü.
Haqqında Yuxan Liyv Mirzə Şəfi Vazehin 2 şeirini eston dilinə tərcümə etmişdirVaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh. 14 "Kes ikka kartis, ikka etto waatis…", "Seal seisab wan Elborus", @sakala@, 5. X.1889 .
Mənbə Vaqif Arzumanlı, "Ürəklər qovuşanda", Bakı, "Yazıçı", 1990, səh. 14
İstinadlar
Kateqoriya:Eston şairlər Kateqoriya:Estoniya şairləri Kateqoriya:Estoniya yazıçıları Kateqoriya:Estoniyada doğulanlar Kateqoriya:Estoniyada vəfat edənlər Kateqoriya:Rusiya imperiyası şairləri