Xalis Oruc oğlu Güləhmədov () — kənd təsərrüfatı elmləri doktoru (1965), professor (1966).
Həyatı Xalis Güləhmədov 2 may 1917-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Koqiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığından orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb.
Əmək fəaliyyəti Xalis Güləhmədov 1936–1939-cu illərdə Azərbaycan kənd təsərrüfatı institutun tələbəsi, 1939-cu ildə "Aztexbarit" zavodunda laborant işləyib. Həmin il orduya səfərbər olub və 1947-ci il daxil olmaqla orduda xidmət edib. Müharibə zamanı siravi əskərdən kapitan rütbəsinə qədər yüksəlmişdir, Berlin şəhərinin döyüşlərində iştirak etmiş, 2 "Vətən müharibəsi" ordenləri və 7 medallarla təltif edilmişdir. Böyük Vətən müharibəsi veteranıdır. Müharibə qurtarandan sonra ali təhsilini başa çatdırmiş, Elmi-tədqiqat pambıqçılıq institutunda aspiranturanı uğurla bitirmiş, həmin institutda uzun müddət işləmiş və 1962–1969-cu illərdə onun direktoru olmuşdur. 1969–2002-ci illərdə Azərbaycan Kənd təsərrüfatı Akademiyasında texniki bitkilər və seleksiya kafedrasının müdiri vəsifəsində işləyib. Kənd təsərrüfatının inkişaf sahəsində böyük işlər görmüş, ziyalılar sırasında Xalis Oruc oğlu Güləhmədovun adı xüsusi olaraq vurğulanır. Onun araşdırmaları bu gün də özünün aktuallığı ilə tədqiqatçılar arasında xüsusi marağa səbəb olub.
O, 1965-ci ildən kənd təsərrüfatı elmlər doktoru, 1966-cı ildən professor, 1978-ci ildən Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür.
Onun tədqiqatları pambığın gübrələnməsinə, mineral üzvi mineral və kimyəvi bakteriyalı gübrələrdən istifadə edilməsi məsələlərinə həsr olunmuşdur.
Pambıqçılıq rayonları torpaqlarında qida maddələrinin kartoqramlarını hazırlamış və istehsalata tətbiq etmişdir. Onun elmi kadrların hazırlanmasında mühüm xidməti var.
Mükafatları "Vətən müharibəsi" ordeni (2), medallar (7). Əmək veteranıdır.
Xalis Güləhmədov 29 mart 1967-ci ildə Azərbaycan SSRİ-i Ali Sovetinin fəxri fərmanına layiq görülüb.
Göy-Göl rayonunun fəxri vətəndaşıdır.
Akademik fəaliyyəti Xalis Güləhmədov 1954-cü ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktorudu, 1965-ci ildə Kənd təsərrüfatı elmləri doktoru, 1966-cı ildə professor elmi adını alıb,300-dən çox elmi əsərləri, 7 monoqrafiyası var, o cümlədən dərsliklər, 32 fəlsəfə doktoru və 4 elmlər doktorların elmi rəhbəri olub.
Ölümü Xalis Güləhmədov 8 mart 2002-ci ildə Gəncə şəhərində vəfat edib.
Mənbə Sarvan M. Borçalı alimləri. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2001, 510 s., s.33. Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, "Elm", 2005, 264 s., s.51.
İstinadlar Kateqoriya:Axısqa türkləri
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:SSRİ alimləri Kateqoriya:Azərbaycan seleksiyaçıları Kateqoriya:Azərbaycan bioloqları