Kirsten Karolin Danst (, d. 30 aprel 1982, Nyu-Cersi, ABŞ) — amerikalı aktrisa, model və müğənni. 12 yaşı olanda "Vampir ilə müsahibə" filmində oynadığı vampir Klaudia roluna görə geniş surətdə insanlar tərəfindən sevilməyə başlayıb və bu roluna görə aktrisa "Ən yaxşı ikinci dərəcəli aktrisa" adı ilə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Həyatı Kirsten Karolin Danst 30 aprel 1982-ci ildə Amerikada, Nyu-Cersi ştatının Point Plezant qəsəbəsində anadan olub. Kinoaktrisanın atası – əslən Hamburqdan olan Klaus Danst bir tibb şirkətində çalışmış, anası İnez isə əvvəllər Lufthansada stüardessa işləmiş, daha sonra rəssam olmuş, incəsənət qalereyasının təsisçisi və sahibəsi olmuşdur. 1986-cı ildə Kirstenin Kristian adında bir qardaşı dünyaya gəlir. Aktrisa doqquz yaşınadək ailəsi ilə birlikdə Point Plezantda yaşayır. Valideynlərinin boşanmasından sonra Kirsten qardaşı və anası ilə birlikdə Cənubi Karolinaya köçür.

Karyerası Kirsten Danstın kino karyerasındakı debütü 1989-cu ildə baş tutur. O, Vudi Allenin "Nyu-York hekayələri" filmində bir epizoda çəkilir. Amma 1994-cü ildə ekranlara çıxan "Vampir ilə müsahibə" filmi onun həyatında dönüş nöqtəsi olur. Çəkilişlər zamanı o, Tom Kruz, Bred Pitt və Antonio Banderas kimi aktyorlarla birlikdə çalışır. Bu filmdəki roluna görə aktrisa "MTV Movie Awards" mükafatı, "Qızıl Qlobus" nominasiyası, eləcə də Elmi fantastika, Fentezi və Dəhşət filmləri Akademiyasının gənc aktrisalar üçün təsis etdiyi "Saturn" mükafatına layiq görülür. Aktrisaya uğur gətirən digər layihələrdən biri də məzəli "Cumanci" filmi olur. 1995-ci ildə "People" dərgisi Kirsten Danstı dünyanın ən gözəl 50 adamının siyahısına salır. Aktrisa eyni zamanda Kiki ləqəbi ilə də tanınır.

Filmoqrafiya Bakirə intiharları Hörümçək-adam Anastasiya

İstinadlar

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ xristianları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:Almaniya vətəndaşlıq hüququnu almış şəxslər