() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir.

Botaniki təsviri Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir. Çiçək yatağı, adətən səbətdən uzundur. Sentyabr ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir.

Ekologiyası Quru, şoran torpaqlarda çöl, yarımsəhra zonalarında təbaşir çöküntüləri olan yerlərdə bitir.

Azərbaycanda yayılması Abşeronda dənizkanarı ərazilərdə rast gəlinir.

İstifadəsi Tərkibində olan efir yağında sineol, pinen, borneol, kamfen, açılmayan səbətlərfə saponin, acı qlikozidlər, qatranlar, müxtəlif turşuların duzları, fitonsitlər vardır. O, sidikqovucu, qurda, soyuqdəyməyə və ağrıya qarşı təsirə malikdir; mədə-bağırsaq yolunun fəliyyətini yaxşılaşdırır. Yovşanın quru otunun spirt məhlulu zədələnmələrdə kompres kimi və ovuşdurma üçün istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri