İsmayıl Muxtar oğlu Hacıyev () — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2003), AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının üzvü (2002), Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012)Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun akademiki (2012).
Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri İsmayil Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində, müəllim ailəsində anadan olmuşdur. 1958–1966-cı illərdə Xanağa kənd səkkizillik məktəbində təhsil almışdır. 1966-cı ildə Culfa rayonunun Göydərə kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisası üzrə I kursuna qəbul olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "tarix" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş və Culfa rayonunun Xoşkeşin kənd səkkizillik məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1977-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun "Pedaqogika və Psixologiya" kafedrasına müsabiqə yolu ilə assistent seçilmişdir. 1978-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllimlik fəaliyyətinə başlamışdır. 1984-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun "Tarix-filologiya" fakültəsinə dekan müavini təyin edilmişdir. 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda dissertant təsdiq olunmuşdur. 1989-cu ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutun "Sov. İKP və siyasi iqtisad" kafedrasının baş müəllimi seçilmişdir.
1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" adlı doktorluq dissertasiyasının mövzusu təsdiq edilmişdir. 1994-cü ildə Naxçıvan Özəl Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə "Azərbaycan tarixi" kafedrasının dosenti elmi adını almışdır. 1995-ci ildə Naxçıvan Özəl Universitetin "ictimai elmlər" kafedrasına müdir təyin edilmişdir. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Ankara Universitetinə gedən nümayəndə heyətinə rəhbərlik etmişdir.
1999-cu ildə Naxçıvan Dövlət Universitetində birdəfəlik təşkil olunmuş Dissertasiya Şurasında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə "Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildə İkinci çağırış 37 saylı Culfa seçki dairəsindən Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. 2000-ci ildə Tempus proqramı çərçivəsində İngiltərənin Priston Universitetində olmuşdur. 2000-ci ildə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini təyin edilmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısı olmuşdur. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə çıxış etmişdir.AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirə 2002-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
15 yanvar 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsinə təyin edilmiş və AMEA Rəyasət Heyətinin üzvü səlahiyyəti verilmişdir . 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2004-cü ildə AMEA-nın "Xəbərlər" jurnalının (Tarix, Fəlsəfə, Hüquq seriyası) redaksiya heyətinin üzvü seçilmişdir. 2005-ci ildə YAP-ın III qurultayında iştirak etmişdir. 2005-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 2006-cı ildə "Tarix və onun problemləri" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
2006-cı ildə AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" jurnalının baş redaktoru seçilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin əmri ilə üç ixtisas üzrə Dissertasiya Şurasının sədri təsdiq edilmişdir. 2006-cı ildə AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun Elmi əsərlərinin redaksiya heyətinə üzv seçilmişdir. 27 aprel 2007-ci ildə AMEA Naxçıvan Bölməsinə yenidən sədr seçilmişdir və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 2007-ci ildə "AMEA-nın Xəbərləri" (ictimai elmlər seriyası) jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 2007-ci ildə "AMEA-nın Məruzələri" jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun mükafatını almışdır. 2009-cu ildə Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür.
2010-cu ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən Qızıl medala layiq görülmüşdür. 6 noyabr 2010-cu ildə 6 saylı Culfa-Babək seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. 2010-cu ildə "Azərbaycan arxeologiyası" jurnalının redaksiya heyətinə üzv seçilmişdir.
24 dekabr 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən 60 illiyinin keçirilməsi ilə bağlı qərar verilmişdir. 21 yanvar 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında elm və təhsilin inkişafında xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2011-ci ildə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə, elmi, elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə "Elm və həyat" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.
29 aprel 2013-cü ildə AMEA-nın ümumi yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri seçilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 10 may 2013-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qızıl medalına layiq görülmüşdür. 2013-cü ildə "AMEA-nın Məruzələri" jurnalının redaksiya heyətinə üzv seçilmişdir. 10 dekabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına üzv təsdiq edilmişdir. 14–17 iyun 2014-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin Polşanın Krakov şəhərində keçirilməsi ilə əlaqədar nümayəndə heyətinin tərkibində Krakovda olmuşdur. 19 noyabr 2014-cü ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir.
2015-ci ildə Qarabağ tədqiqatları üzrə "III Şuşa qrantı" müsabiqəsinə təqdim olunan "Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası" layihəsi qalib gəlmişdir. 17 fevral 2016-cı ildə "Naxçıvan tarixi" çoxcildliyi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Dövlət mükafatına təqdim edilmişdir. 28 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına üzv təsdiq edilmişdir.Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2018-ci ilin yanvar ayında AMEA Rəyasət Heyətinin qərarı ilə İnnovasiya Fondunun Himayəçilik Şurasının üzvü təsdiq edilmişdir. 20 fevral 2018-ci ildə Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvü təyin edilmişdir. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü təsdiq edilmişdir. 20 iyun 2018-ci ildə AMEA-nın ümumi yığıncağında AMEA Naxçıvan Bölməsinin sədri seçilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həmin vəzifəyə təsdiq edilmişdir. 1 noyabr 2018-ci ildə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinə üzv seçilmişdir.
11 aprel 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Dünya dini liderlərinin II Bakı sammiti"nin keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə üzv seçilmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Elmin İnkişafı Fondunun Himayədarlıq Şurasının üzvü təyin edilmişdir. 20 noyabr 2019-cu ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının tərkibinə yenidən üzv daxil edilmişdir.
12 fevral 2020-ci ildə Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibinə daxil edilmişdir. 14 fevral 2020-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə "Elm və həyat" jurnalının Redaksiya Heyətinin tərkibinə təsdiq edilmişdir. 24 fevral 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvü təsdiq edilmişdir.
O, 15 monoqrafiyanın, 44 kitabın, 451 elmi, 280 elmi-kütləvi məqalənin müəllifidir. İ. Hacıyevin müəllifliyi və rəhbərliyi ilə "Naxçıvan ensiklopediyası" (2 cilddə), "Naxçıvan abidələri ensiklopediyası", "Naxçıvan tarixi atlası", "Naxçıvan tarixi" (3 cilddə), "Naxçıvan coğrafiyası" (2 cilddə), "Naxçıvan etnoqrafiyasi"" (2 cilddə) hazırlanmışdır. Onun rəhbərliyi ilə 20 nəfər tədqiqatçı fəlsətə doktoru, 9 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
İ. Hacıyev 20-dən çox ölkədə keçirilən 50-yə yaxın beynəlxalq sammit, qurultay, konqres, konfrans və simpoziumlarda, elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İ. Hacıyev ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 2000-ci ildə Culfa səhər seçki dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdir. III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, həmçinin Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü olmuşdur.
İctimai-siyasi fəaliyyəti 2000-ci ildə 37 saylı Culfa seçki dairəsindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin ikinci çağırış deputatı seçilmişdir. 2005-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən Azərbaycan Milli Məclisinin üçüncü çağırış deputatı seçilmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin əmri ilə üç ixtisas üzrə Dissertasiya Şurasının sədri təsdiq edilmişdir. 6 noyabr 2010-cu ildə 6 saylı Culfa-Babək seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü çağırış deputatı seçilmişdir. 10 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına üzv təsdiq edilmişdir. 19 noyabr 2015-ci ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir.