() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Çoxillik ot [bitki]sidir. Kök yumrusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3-4 sm enində, tünd-qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Çiçəklər iri 1-4 ədəddir. Çiçəkyanlığı 5-6,5 sm uzunluğunda, 16- enindədir. Erkəkcik 2 dəfə çiçəkyanlığından qısadır. Tozcuq xətvari, 8- uzunluğundadır. Sütuncuq yoğun, təpə hissəsi düz, birtərəfli, ağızcıq erkəkcikdən bir qədər uzundur. Qutucuq ellipsvari, 3 sm uzunluğundadır.Флора Азербайджана, 1952

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətlər Alp və Subalp qurşaqlarında, çəmənlərdə. Çiçəkləmə avqust, meyvələmə sentyabr ayındadır. Çoxalması toxumla və kökümsovladır. Mezokserofitdir. Dekorativ bitkidir.

Botaniki xarakteristikası Çoxillik ot bitkisi olub, özünəməxsus inkişaf dövrü vardır. Avqust-sentyabr aylarında çiçəkləyir. Çiçəkləyən zaman yarpaq açmır. Qış zamanı yeraltı orqanları inkişaf edir. Növbəti il baharda eyni zamanda qutucuğu və yarpaqları inkişaf eməyə başlayır. Toxumları iyunda yetişir. Yeni kökümsovlar əmələ gəldikcə, köhnə ana kökümsovları məhv olmağa başlayır. Çiçəkləri iri, bənövşəyi-çəhrayı, hətta ağ, iysiz, 6-10 sm diametrli 6 oval, bükük çiçəkləri vardır. Çiçək borucuğunun uzunluğu 25-40 sm, yarpaqları 4-5 (bəzən 3-6 ədəd) ədəd iri, oval-uzunsov olmaqla, uzunluğu 25 sm, eni isə 5 sm-ə bərabərdir.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Qafqaz dağı silsiləsində, Qərbi Qafqazda, Şərqi Gürcüstanda və Azərbaycanın Talış ərazilərində yayılmışddır.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Yüksək dağlıq qurşaqlarda, yüksək otluq subalp çəmənliklərdə yaşayır. Subalp meşə və meşə-çöl zonalarından dağlıq ərazilərə qədər hündürlüyü 1800-3000 m subalp çəmənliklərin hündür otluqlarında rast gəlinir.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Yayın sonu və payızda çiçəkləri və kökümsovları xammal kimi toplanılır. Kökümsovları ehyiyatla toplanılmalıdır. Xammalın toplanıldığı sahələrdən təkrar toplanılma 3 ildən sonra mümkün ola bilər.Xammalı çürümək və kiflənməkdən qorumaq lazımdır.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Xoşagəlməyən zəif iylidir.

Xammalı A siyahısında saxlanılır. Qalınlığı 10 sm olan yaxşı havalanan, quru, yeşik və stelajlarda saxlanılır. Üzərində “Zəhər!” yazılmalıdır. Saxlanılma müddəti 3 ildir. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Tərkibi və təsiri Kökümsovlarının tərkibində alkaloidlər, xüsusən kolxiçin və kolxamin maddələri vardır. Bundan başqa nişasta, mono və disaxaridlər, fenol-karbon turşusu, flavonoidlər, aromatik sıralı turşular, fitosterin və şəkər vardır. Kolxiçinin miqdarı kökümsovda 0,25%, çiçəklərdə 0,8%, toxumda isə 1,2% olur.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Sitostatik (şişəleyhinə) dərmanlar. Tərkibindəki əsas alkaloid olan kolxiçin və kolxamin ətraflı öyrənilmişdir. Bu maddələr hüceyrə zəhəri sayılırlar.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Kolxiçin həb 0,001 q. Antimitotik, urikozurik və iltihabəleyhinə dərmandır. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Kolxamin həb 0,002 q, kolxamin məlhəmi 0,5%. Antimitotik dərmandır.S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Kökümsovlarından kolxiçin və kolxamin maddəsi alınır. Kolxiçin və kolxamin şişəleyhinə aktivliyə malik, az zəhərli olmaqla, müalicəvi təsirə malikdir. 0,5% məlhəmi (omain məlhəmi) dəri xərçəngində və vena daxili yolla leykozun müalicəsində tətbiq edilir. Kolxamin xroniki mieloleykozun, tənəffüs yollarının papillomasında, süd vəzi xərçənginin residivlərində, mədə və düz bağırsağın bədxassəli şişlərində, podaqra və amiloidozda təyin edilir.  S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Yayılması Böyük Qafqazın Quba,  şərq və qərb (Zaqatala, Qax və Şəki rayonları) hissələri. Lənkəranın dağlıq hissəsindədir.İbadlı O.V., 2002Конспект флоры Кавказа, 2006

Sayı və tendensiyası Populyasiyası azalır. Antropogen və zoogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Dekorativ bitki kimi əhali tərəfindən soğanaqlarının, çiçəklərinin yığılması müşahidə olunur.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen amillərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gürcüstan florası Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:1829-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Rusiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:Dərman bitkiləri