() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir.
Botaniki xarakteristikası Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir. Hər dilimdə 2 toxum vardır. Meyvəsi yaş halda qabığı ilə bərabər yeyilir. Toxumları yaşıl rüşeymlidir. Azərbaycanda əksərən fevralda yetişir.
Ekologiyası Kinkan limon, portağal və mandarin bitkilərinə nisbətən şaxtaya xeyli davamlıdır. Azərbaycanda yayılması: Lənkəran-Astara raoynlarında geniş sahələrdə becərilir.
İstifadəsi Kal meyvələrindən mürəbbə və konserv hazırlanır. Kinkan kolları bəzək və otaq bitkisi kimi də becərilə bilər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Çin florası Kateqoriya:Asiya florası Kateqoriya:1780-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Meyvə ağacları Kateqoriya:Haynan florası