() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Asiyada təbii halda yayılmışdır.
Botaniki xarakteristikası 3-6 və yaxud 10 -14 m hündürlüyü olan ağacdır. Gövdəsi çatlarla örtülmüş, böyük və yaşıl ağaclarda diametri 9 sm-ə çatır. Qollu-budaqlı, enliçətirlidir; bəzən çətiri yumurtavarı və ya şarşəkilli olur. Budaqları uzun müddət tüklü qalır. Oduncağı sıx, möhkəm və bərkdir. Tumurcuqları konusvarı və ya yumurtavarı olur. Yarpaqları iri və müxtəlif formalardadır. Çox vaxt oturaq hissəsi dəyirmi olmaqla yumurtavarıdır. Yarpağın kənarı yarım dairəvı, mişardişli, alt tərəfi az və ya sıx tüklüdür, açıq yaşıl rəngdədir, saplaqları qısadır. Çiçəkləri iri, ağ və ya çəhrayı rəngdədir, bayır tərəfdən daha tünd rənglidir. Çiçək saplağı, çiçək yatağı və kasacığı sıx keçətüklüdür. Meyvələri iri, diametri adatən 3 sm-dən artıqdır.
Ekologiyası İstiyə, soyuğa, rütubətə tələbkar bitkidir.
Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Dekorativ ağacdır, yaxşı ballı bitkidir. Meyvələrindən konserv, mürəbbə, jele, povidla, sidro, meyvə şərabı və s. hazırlanır. Meyvələrində 6,36-dan 12,7 mq-a qədər, yarpaqlarında isə 450 mq% C vitamini olur. Meyvələrində olan B vitamininin miqdarı 0,8-2,3 qamma, karotinin miqdarı 1,25-3,0 qammadır. Oduncağı müxtəlif qiymətli çilingər məmulatı hazırlamaq üçün işlədilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1803-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Meyvə ağacları