() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30–60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.

Yayılması BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Azərbaycanın bütün rayonlarında yayılmışdır. Arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m-ə qədər) rast gəlinir. Əsasən çəmən, meşə və meşə kənarlarında, kolluqlarda və otlu yamaclarda bitir.

Tərkibi Flavonid, kumarin, alkoloid, saponin, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddələr və steroidlərlə zəngindir.

Tərkibində 0,3–1,2% efir yağı: fenol-timol (10%), karvakrol izomerləri, seskviterpenoidlər (12,5%), monoterpenoidlər – heranilasetat (5%) olur. Ədviyyəli və bakterisid təsirlidir. Bundan başqa tərkibində fenol (12–20%), flavonoidlər, askorbin turşusu və aşı maddələri olur.

Tərkibində efir yağları (fenol, timol və onun izomerləri), acı maddələr və çoxlu miqdarda askorbin turşusu və piqmentlər vardır.

Təsiri və tətbiqi Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidrir. Əsasən mədə-bağırsaq, şəkərli diabet, revmatizm, ağciyər vərəmi, bronxit və bronxial astma, nevroz, nevralgiya, epilepsiya, iflic, radikulit, dəri, angina, faringit, loringit, raxit və qadın xəstəlikləri, habelə qulaq, baş və diş ağrıları zamanı istifadə olunur. Antibakterial, antiseptik, spazmolitik, sakitləşdirici, yuxugətirici, sidikqovucu, yara sağaldıcı, bəlgəmgətirici, eləcə də iltihab zamanı və qıc olmalara qarşı istifadə olunur.

Əks təsirləri Hamiləlik dövründə istifadə etmək olmaz.

İstifadə olunan hissələr Yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları istifadə olunur.

İstifadə formaları Cövhər, tinktura və dəmləmələr şəklində.

Sinonimləri

Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:Qidalar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Aralıq dənizi mətbəxi Kateqoriya:35–39 ID olan Taksonbar