() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür.
Qısa morfoloji təsviri Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may—avqust—sentyabr aylarına təsadüf edir. Su və rütubəti sevən (hidrofil), işıqsevən bitkidir. Toxumla və vegetativ üsulla çoxalır. Müxtəlif şirin su qruplaşmalarında və yaxud tək bitir, durğun və yavaş axan s sahələrində rast gəlinir. Bəzi su hövzələrində tamamilə yox olub. Qida, dərman və dekorativ bitkidir.
Yayılması Kür-Araz ovalığı (Zərdab rayonu — Qarasuçayın sahəsində), Lənkəran ovalığı (Lənkəran rayonu — Liman qəsəbəsi, Mortso gölünün şimal hissəsində).
Sayı və tendensiyası Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Qlobal istiləşmə ilə əlaqədar baş verən quraqlıqlar nətiicəsində körfəz və göllərin suyunun azalması, qida və dərman bitkisi kimi əhali tərəfindən istifadə edilməsi.
Mühafizə tədbirləri Qızılağac qoruğunda mühafizə olunur. Bitdiyi yerlərin tam mühafizəsi, Kür sututarlarının şirin su ilə doldurulması məqsədəuyğundur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Türkiyə florası Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Su bitkiləri Kateqoriya:Qazaxıstanın dövlət rəmzləri