Türkmənbaşı (; keçmiş adı Krasnovodsk, Qızıl su) — Türkmənistanın Balkan vilayətində Xəzər dənizinin sahilində yerləşən etrap hüquqlu liman şəhəri.
Əsası 1869-cu ildə qoyulmuşdur. Türkmən dilindəki ilkin adı "Qızıl su" olmuş, lakin 1993-cü ildəki addəyişməyə qədər rəsmi olaraq rus dilində Krasnovodsk adlanmışdır. Həmin il Türkmənistanın dövlət başçısı Saparmurad Niyazovun şərəfinə şəhərin adı dəyişdirilərək Türkmənbaşı adlandırılmışdır.
Qardaş şəhərlər , Yurmala (2013)
Həmçinin bax Krosnovodsk qoruğu
İstinadlar
Kateqoriya:Türkmənistan şəhərləri Kateqoriya:Xəzər dənizinin limanları Kateqoriya:Asiyanın liman şəhərləri