right|180px
Dördlüklər — Hamlet İsaxanlının 2007-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş kitabıHamlet İsaxanlı. Dördlüklər. "Xəzər Universitəsi Nəşriyyatı", Bakı, 2007. Kitaba müxtəlif illərdə yazılmış və böyük əksəriyyatı ilk dəfə çap olunan şeirlər — dördlüklər daxil edilmişdir.
Qısa məzmun Kitab dörd hissədən ibarətdir, hər hissə bir növ dördlüklərdən (dörd misralı şeirlərdən) təşkil olunmuşdur. Rübailər: bu halda "aaba" şəklində qafiyələnmiş 11 hecalı dördlüklər. Bayatılar: "aaba" şəklində qafiyələnmiş 7 hecalı dördlüklər Yarpaqlar: xüsusi qafiyə və heca məhdudiyyəti olmayan dördlüklər Məcazlar: Sabirsayağı yazılmış dördlüklər.
"Hamlet İsaxanlı az sözdə vəznli fikir ifadə tmək ustalığına malik şairdir" (Camal Mustafayev -"Dördlüklər" kitabının arxa qabığından)
Qeyd Dördlüklərin bir hissəsi Alla Axundova tərəfindən ruscaya tərcümə edilmiş və Hamlet İsaxanlının Moskva da nəşr olunan kitabına daxil edilmişdirГамлет Исаханлы. Koнтpacты. Kнигa cтихотворений (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", Москва, 2006. Həmin dördlüklər şairin "Təzadlar" kitabının Təbriz nəşrinə də daxil edilmişdirHamlet İsaxanlı. Təzadlar. "Əxtər" nəşriyyatı, Təbriz, 2005.
Rübailər Rübailər içində dünya işləri, həyat-ölüm mövzusu və sevgi rübailəri xüsusi yer tuturlar.
Nümunələr: Biri kefsiz, biri kef-damaqdadır Dünən solçu olan bu gün sağdadır İlan dərisini dəyişir tez-tez Kirpi öz kürkünü yamamaqdadır. Doğru yolla getmək deyilsə asan Gərək sağa, sola sapmasın insan – Əqidə nə bığdır, nə də ki, saqqal Hərdən uzadasan, hərdən qırxasan. Həya üzdə, ismət canımızdadır Könül hərarəti qanımızdadır Sevinc də, kədər də uzaqda deyil Biri sağ, biri sol yanımızdadır. Nədəndir gen dünya mənə dar gəlir, Sevinc üz döndərir, intizar gəlir? Kişiyə ağlamaq yaraşmasa da Bəzən ağlamamaq mənə ar gəlir. Qayda yaradanam, qayda pozanam Sufiyəm, Dərvişəm, Dəli Ozanam Şairlik sevdası yoxdur başımda Məhəbbət coşanda şeir yazanam. Quş quşa söykənib budağa qonur Nuru görən yoxsa, nur olmaz ki nur; Sevgi iki könül, iki can istər Özünü sevməklə məhəbbət olmur.
Bayatılar Dünya işlərinə və sevgiyə aid bayatılara nümunələr: Müdriklər tez od almaz Boş sözü saya salmaz Hər hürənə daş atsaq Yurdumuzda daş qalmaz. Od soyuyub sönərmiş Sular buza dönərmiş; Olduğu kimi qalmaq Demə böyük hünərmiş. Təbiətdə qayda var: Geriyə axmaz çaylar. Könlümsə qayda bilməz Ötən günü haraylar. Sevdi, ya sevmədi yar- Şerə dönür duyğular. Eşqin tək özündə yox Sözündə də nəşə var Aşıb-daşır eşqımız Sevməsək ölərik biz Ölüm allah əmridir Sevməksə – öz işimiz. Eşq oddur, möcüzədir İçimizdə közərir Eşq yanağa hərarət Gözə parlaqlıq verir.
Yarpaqlar Nümunə: Gözümüzü tutur pərdə Ağı qaradan seçmirik; Eşq bizi gözləyən yerdə Yolu düzünə keçmirik.
Məcazlar Nümunələr: Qaydasız oyundur həyat Yaxşı oyna, arzuna çat. İndi də belə zamandır Bacarana baş qurbandır. Millətin işləri başından aşır Gecə-gündüz toyda, ya bazardadır. Millətə oynayıb gülmək yaraşır Elmə, fəlsəfəyə vaxtı hardadır?! Tərifşünas olub tənqidşünaslar Ürəyə… çörəyə bunun xeyri var. Tərif xoşhallıqdır, tənqid evyıxmaq Tənqidə qurşanar, de, hansı axmaq
İstinadlar
Xarici keçidlər Hamlet İsaxanlı
Kateqoriya:2007-ci ilin kitabları Kateqoriya:Azərbaycan dilində kitablar Kateqoriya:Hamlet İsaxanlının kitabları