Russkiye Vedomosti — Qəzet.
1863-cü ildən Moskvada çıxırdı, mötədil-liberal ziyalıların baxışlarını ifadə edirdi. 1880–1890-cı illərdə qəzetdə demokratik cəbhənin yazıçıları (V. Q. Korolenko, M. Y. Saltıkov-Şedrin, Q. İ. Uspenski və başqaları) iştirak edirdilər, liberal xalqçıların əsərləri çap olunurdu. 1905-ci ildən qəzet kadetlər partiyasının sağ cinahının orqanı idi.
1918-ci ildə "Russkiye Vedomosti" digər əksinqilabçı qəzetlərlə birlikdə bağlandı.
Mənbə V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya qəzetləri Kateqoriya:Rus dilində qəzetlər Kateqoriya:1863-cü ildə yarananlar