() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir. Yarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür. Martda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır. Giləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır.

Yayılması Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk. oval.

Yaşayış mühiti Yarpaqlı ağaclarda, əsasən balverən ağaclarda parazitlik edir.

Təsərrüfat əhəmiyyəti Yarpaqlarından alınan preparat hipertoniya zamanı istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Parazit bitkilər