Məzmun 1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...
Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.
Festivallar və mükafatlar 1) 1978-ci ildə Quruluşçu rejissor Eldar Quliyevə, ssenari müəllifi Georgi Mdivaniyə, quruluşçu operator Rasim İsmayılova, quruluşçu rəssam Rafiz İsmayılova və aktyor Əliabbas Qədirova filmə görə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.
Film haqqında Film rejissor assistenti Süleyman Əhmədovun kinoda ilk işidir. Filmin I seriyası "Təxribat Sabaha Təyin Olunub", II seriyası isə "Əfsanənin Başlanğıcı" adlanır. Quruluşçu rejissor filmlə bağlı müsahibəsində qeyd edir:Kazımzadə, A. “Kinosalnamə” [Eldar Quliyevin "Sevinc buxtası" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 12 mart.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Georgi Mdivani, Eldar Quliyev Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Montaj edən: Tahirə Babayeva Səs operatoru: Kamal Seyidov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Rejissor: Ramiz Əliyev Operator: Yuri Varnovski İşıqçı: A.Məmmədzadə Rejissor assistenti: Süleyman Əhmədov, Vaqif Əsədullayev
Rollarda Həsənağa Turabov — Əlizadə Əliabbas Qədirov — Nazim Panteleymon Krımov — Potyomkin Həsən Məmmədov — Rüstəmov Nodar Şaşıqoğlu — Nikolayev Tanilə Əhmərova — Leyla Qalina Andreyeva — Yekaterina Aleksandrovna Y.Dubski — Detertinq Yozef Lanqmiller (Y.Lanqmiller kimi) — Lloyd Corc Radovan Lukavski — polkovnik Boyl F.Valetski — Mantaşev R.Romanov — Romanov Ramiz Məlikov — Asanov Əbdül Mahmudov — Əbdül Sadıq Hüseynov — Fətullayev Konstantin Adamov — fotoqraf Nikolay Barmin — Petroviç Şahmar Ələkbərov — Saleh V.Daşdəmirov — Əli Eldəniz Rəsulov — Seyidov Elxan Quliyev Elxan Cəfərov — Atamoğlan Muxtar Maniyev Aleksey Safonov Bahadur Əliyev Gəray Əlibəyov
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154; 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 214-216; 271. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Tarixi filmlər Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər