Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Həmçinin bax Cümhuriyyət tələbələri Hacı bəy Əmircanov Əmircanovlar
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Əmircanovlar (Şəki) Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri