() — aləminin tipinin sinfinin dəstəsinə aid heyvan fəsiləsi.
Çəkidişlər şirinsu balıqlarıdır. Uzunluğu 3—10 sm-dir. Yaxşı inkişaf etmiş xırda dişləri var. Çənəsi hərəkətlidir.
Yayılması Amerika, Afrika, Cənubi və Cənub-Şərqi Asiyanın isti sularında 430, Cənubi Avropada 3 növü var.
Həyat tərzi Çəkidişlərin əksər növləri 2—3 il yaşayır. Quruyan göl və nohurlarda yaşayan bəzi növlərinin ömrü 6-9 ay olur.
Çəkidişlər kürüsünü dibdə otlar üzərinə tökür və ya lilə basdırır. Bəzi növləri 40—50°S istiliyə dözür.
Çəkidişlər gözəl balıqlardır. Erkəkləri xüsusilə yaraşıqlı olub, akvariumlarda yaxşı qalır. Çəkidişlərin bəzi növlərindən genetika təcrübələrində, bionikada (əsasən, funduluslardan) və s. istifadə edilir.
Cinsləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri