Məzmun Uzaq dağ kəndinə işləməyə gəlmiş gənc musiqi müəllimi (Sərxan Sərxan) ilk gündən uşaqlarla çox asanlıqla dil tapır və onları inandırır ki, həyatda hər kəsin öz fərdi xarakterinə, mənliyinə uyğun musiqisi var. Sonra təmiz gülüşlə müşayiət olunan şux hadisələr filmdə bir-birini əvəz edir.
Uşaq filmində musiqinin ecazkar gücündən, insan mənəviyyatının kamilləşməsindəki rolundan, onun etik və estetik təsirindən söhbət açılır.
Film haqqında Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Bu film əslində 3 seriyadan ibarət olaraq "Bizim küçənin oğlanları" filmindəki personajlardan birinin sonrakı həyatı üzərinə qurulmalı idi. Film 1 — ci kateqoriyaya layiq görülmüşdür.
Səhvlər Montaj səhvi: Musiqi müəllimi sinifdə dərs deyərkən Sevil əlində tar ayaq üstədir. Bir kadr sonra biz onu tarsız və parta arxasında oturan görürük. Növbəti kadrda isə onun əlində yenidən tar peyda olur və ayaq üstədir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Radi Kuşneroviç, Tofiq İsmayılov Quruluşçu rejissor: Tofiq İsmayılov Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Marat İsgəndərov Rejissor: Yusif Əlizadə Montaj edən: Tahirə Babayeva Geyim rəssamı: Fikrət Ələkbərov, Abdulla Əmiraslanov Qrim rəssamı: A. Rzazadə İşıq ustası: N. Daşdəmirov Rejissor assistenti: A. Əliyev, V. Nəbiyev, Səadət Məmmədova (S. Məmmədova kimi), T. Mustafayev Operator assistenti: R. Quliyev, T. Əlizadə Məsləhətçi: Elmira Qafarova (filologiya elmləri namizədi) Redaktor: Çingiz Qaryağdı Musiqi redaktoru: Mobil Babayev Mahnıların mətni: Onegin Hacıqasımov Mahnı ifa edən: Sərxan Sərxan Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri və "Melodiya" Firmasının İnstrumental Ansamblı Dirijor: V. Jemçujnı, Boris Frumkin İnzibatçı: Məzahir Əliyev, Nəmxuda Usubəliyev, R. Hüseynov Filmin direktoru: Arif Səfərov
Rollarda Sərxan Sərxan — Musiqi müəllimi Emil Paşayev — Emil Cəmilə Muradasilova — Sevil Ülvi Qasımov — Teymur Bəxtiyar Sarıyev — Tofiq III Cavid Əliyev — Tofiq I Natiq Abdullayev — Tofiq II Samirə Kərimova — Züleyxa Həsən Məmmədov — Raykom partiyasının katibi İlham Namiq Kamal — Rayon komsomol komitəsinin katibi Səyavuş Aslan — Məktəb direktoru Valeh Mamedoviç Həmidə Ömərova — Şəfiqə Rafiq Kərimov — Emilin atası Ağasadıq Gəraybəyli — Hamamçı Sadıq Hüseynov — Baba Yaşar Nuri — Bəşir Kamil Məhərrəmov — Əli Sofa Bəsirzadə — Kimya müəlliməsi Əliağa Ağayev — İclas iştirakçısı N. Yəhyayeva Amaliya Pənahova — Riyaziyyat müəlliməsi L. Vahabova Əzizağa Qasımov — Coğrafiya müəllimi E. Verdiyev Əminə Yusifqızı — Xidmətçi A. Ağayeva M. Qanbay Kamran Cəlalov Q. Zeynalova N. Ömərova Y. Ağayev Z. İbrahimov K. İsmayılov Əfrasiyab Məmmədov — Bədən tərbiyəsi müəllimi L. Qulubəyova Q. Cavadova Əhməd Əhmədov — Kəndli A. Əliyev — Müəllim Ramiz Əzizbəyli — İclas iştirakçısı Rəfael Dadaşov Naibə Şirinova — Rəqqasə (titrlərdə yoxdur)
Sponsor Mərkəzi Televiziya (Moskva)
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007. — səh. 816.
Xarici keçidlər Filmi izlə Tofiq Quliyev — ДЕТИ МУЗЫКА ПЛАНЕТЫ ("Musiqi müəllimi" filmindən mahnı). Oxuyur: Sərxan Sərxan Tofiq Quliyev — ЛИСТ ЧИНАРА ("Musiqi müəllimi" filmindən mahnı). Oxuyur: Sərxan Sərxan Tofiq Quliyev — ЛИСТ ЧИНАРА ("Musiqi müəllimi" filmindən mahnı). Oxuyur: Sərxan Sərxan
Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:İsmayıllıda çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər