() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Təsviri Uzunluğu 95-114 sm-dır. Başı və boynu leşlərin içalatını yeyərkən kirlənməməsi üçün qısa tüklərlə örtülmüşdür (bu xüsusiyyətinə görə sadəcə toğlugötürən və palma kərkəsi istisna təşkil edir). Qanadları genişdir — kərkəskimilərin əsas qidası olan leş axtarışında uzun müddət uçmağa uyğunlaşmışdır. Ayaqlar sadəcə gəzməyə və qaçmağa uyğunlaşmışdır və yalnız toğlugötürən ayaq caynaqlarında şikarını daşıya bilir.

Yayılması Cənubi Avropada, Afrikada və Cənubi Asiyada yayılıb.

Yaşayış yeri və həyat tərzi Həm dağlarda, həm də açıqlıqda, əsasən quraq bölgələrdə yaşayırlar. Çox vaxt qayalarda, bəzən isə ağaclarda dəstə halında yuva qururlar. Bir yumurtlamaya bir və ya iki yumurta qoya bilirlər. Balalarına qidanı çinədanlarında gətirirlər. Təbii sanitar kimi son dərəcə faydalıdırlar. Növlərinin sayı kəskin şəkildə azalır (xüsusilə Avropada).

Təsnifatı 10 cinsi və təqribən 15 növü mövcuddur. Yekəqulaq Afrika kərkəsləri () Ağboğaz Afrika kərkəsləri () Qonur quzğunlar () Kərkəs () — bəzən tərkibində ağkürək kərkəslər () fərqləndirilir. Yekəqulaq Hindistan kərkəsləri () Palma kərkəsləri () — bəzən sahilqartalı yarlmfəslinə aid edilir. Leşcil ağ kərkəslər () Qara kərkəslər () Toğlugötürənlər ()

İstinadlar

Ədəbiyyat Биологический энциклопедический словарь /Под ред. М. С. Гилярова. — 2-е изд., исправл. — М.: Большая российская энциклопедия, 1995.

Həmçinin bax