Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun Sədan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri