Hökməli — Azərbaycan Respublikasının Abşeron-Xızı iqtisadi rayonunun Abşeron rayonunun Hökməli qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Hökməli qəsəbə inzibati ərazi dairəsinin mərkəzi.
Toponimikası "Hökməli" toponiminin hərfi mənası belə açıqlanır: "hökm" əmr deməkdir, "əli" isə şəxs adıdır, yəni "Əlinin hökmü ilə tikilən kənd".
Əhalisi 2008-ci ilin əvvəlinə Hökməli qəsəbəsində 4400 nəfər yaşayırdı.
1 yanvar 2025-ci il üçün Hökməli qəsəbəsində 17216 nəfər yaşayırdı.
İstinadlar
Kateqoriya:Abşeron rayonunun qəsəbələri