Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Toponimikası Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (1587–1629cu illəri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır. Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının 2–3 km-də yerləşir. Qədirli, Mülkülü, Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndləri ilə qonşudur.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar Qeydlər1999263912891350Statistik göstərici Qədirli kəndi ilə birlikdə göstərilmişdir.20091319665654

İqtisadiyyatı Əhali əsasən iri və xırda buynuzlu heyvandarlıqla, süd məhsullari istehsalı ilə (süd, şor, qatıq, nehrə yağı, ayran, pendir) və əkinçiliklə (kartof, soğan, yonca) məşğul olur.

Mədəniyyəti Kənddə Cilovdarlı kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə Cilovdarlı kənd körpələr evi–uşaq bağçası fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Qədirli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri