Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Həyatı Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.
Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar Kateqoriya:Kiyev Politexnik İnstitutunun məzunları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri