Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi mövqeyi təyin edir.
Tarixi
Tarixi abidələri Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5202MəscidQeyd olunmayıbÇatax kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992971411562009↗310↗147↗163
İqtisadiyyatı
Mədəniyyəti Kənddə Çatax kənd kitabxana filialı, Çatax kənd klubu, Çatax poçt şöbəsi (AZ6020) fəaliyyət göstərir.
Təhsil Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Çatax həkim məntəqəsi yerləşir.
Kənddəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.Tovuz, the land of antiquity and natural beauty . washingtontimes.com
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Çatax (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri