Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı.
Tarixi
İlk dövlət Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər.
İkinci dövlət Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü.
Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı. Anhsi və Beşbalıq şəhərlərini Qoço Uyğur idikutluğunun hakimi Bilgə Pan Tiginin əlindən aldı. Dövlətin sərhədlərini Mançuriyaya qədər genişləndirdi.
845-ci ildə Çenmin xaqan Tan sülaləsi imperatoru Vuçonq tərəfindən rəsmən tanınmışdı.
847-ci ildə hakimiyyətə keçən oğlu İnvu Çenmin xaqan isə II Hsüançonq tərəfindən tanınmışdı.История Хакасии: с древнейших времен до 1917 года. Раздел II. Хакасия в эпоху феодализма. (VI — первая половина XIX в.). Глава 3. Древнехакасское государство (VI–XIII вв.). Политическая история. 4. Древнехакасское государство в IX–XII вв.. — Москва : Издательская фирма "Восточная литература", 1993. — С. 68.
İstinadlar
Mənbə Бартольд В. В. Киргизы: Исторический очерк. Фрунзе, 1927. Бичурин Н. Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Т. I., М.; Л. 1950. Козьмин Н. Хакасы: Историко-этнографический и хозяйственный очерк Минусинского края. — Иркутск, 1925.
Xarici keçidlər
Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:Qırğızıstan tarixi Kateqoriya:Xakasiya tarixi Kateqoriya:820-ci ildə yarananlar Kateqoriya:920-ci ildə ləğv olunanlar Kateqoriya:XI əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İmperiyalar Kateqoriya:840-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Asiyanın keçmiş imperiyaları Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Xanlıqlar Kateqoriya:Rusiya tarixində dövlətlər