Çarxaçu — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kənd inzibati ərazi dairəsində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir.
Toponimikası Çarxaçu oyk., sadə. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası Çarxaçu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Çarxaçı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri