Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Tarixi Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar.
Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi.
Əhalisi Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı.
İqtisadiyyatı Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular.
İstinadlar
Həmçinin bax Şirvan xanlığı
Xarici keçidlər
Kateqoriya:Şirvan xanlığının mahalları