Toxta xan (salnamələrdə Tokta, Tuktay, təx. 1270—1312/13) — 1291-1312-ci illərdə Qızıl Orda xanı, Məngü Timurla Olcay xatunun oğlu.

Daxili siyasəti left|thumb|250x250px|Noqayın qətlindən sonra Toxta Qızıl Orda taxtına oturur. Noqay xanın köməyi ilə taxta gəlmişdi. Tezliklə Toxta və Noqay xan düşmənə çevrildilər. Toxta xan qaynatası Salçiday ilə müttəfiq oldu. Salçiday Tuluy xanın kürəkəni idi. O, 1296-1297-ci illərdə Noqay xana qarşı ilk döyüşdə məğlub oldu.Zhanat Kundakbayeva, The History of Kazakhstan, Кazakh University, 2016, vol. 1, p. 69 Toxta Qazan xandan yardım istəsə də xan bu işə qarışmadı. Sonrakı döyüşdə xan Noqayı məğlub edərək öldürdü. Onun oğlu Çaka xan isə Bolqarıstana qaçaraq özünü çar elan etdi. Noqay xanın torpaqları Toxtanın qardaşı Saraybuğa və oğullarına paylandı. Onun hakimiyyəti dövründə poçt sistemi və ticarət yenidən genişlənməyə başladı. O Qızıl Ordanın son müsəlman olmayan xanı idi. Toxta 1304-cü ildə Yuan sülaləsinin imperatoru Teymurun Monqol imperiyasının nominal birliyini bərpa etmək təşəbbüsünü dəstəklədi və qısa müddətə də olsa həm imperator, həm də Hülakilərlə ittifaq bağladı. ТОХТА́ : [arx. 29 dekabr 2022] / В. В. Трепавлов // Телевизионная башня — Улан-Батор. — М. : Большая российская энциклопедия, 2016. — С. 323. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 32). — ISBN 978-5-85270-369-9.

1313-cü ildə Tokta vəfat etdi. Xənəndəmirin (Khnandemir) yazdığına görə, o, Volqa çayının ortasında qayığın içində boğularaq ölmüşdür. Əbu’l-Bəxəri (Abu'l-Bakharī) isə onun Seraidrakda dəfn edildiyini bildirir. Noqay və onun ailəsini məğlub etdikdən sonra Tokta Qızıl Orda dövlətinin mütləq hökmdarına çevrildi və onun ən güclü suverenlərindən biri oldu. O, bir vaxtlar İslam dinini qəbul etmişdi, lakin sonradan Çingiz xanın qədim inancına qayıtdı və bununla birlikdə qədim başçıların tolerantlıq siyasətini də bərpa etdi.History of the Mongols, from the 9th to the 19th century

Tokta öldükdən sonra onun üç oğlu vardı: İlbasmış, Tukel Buqa və Pirus,Lakin onların heç biri taxta çıxmadı.History of the Mongols, from the 9th to the 19th century

Xarici siyasəti Hakimiyyətə gələn kimi rusların yarım-müstəqilliyini ləğv etmək üçün qardaşı Tudanı hücuma göndərdi. O 1293-cü ildə 14 şəhəri yandırdı. Xan özü Tver şəhərinə hücuma keçdi və Vladimir-Suzdal knyazı Dmitri Aleksandroviçi taxtdan qovdu. Rus arxivlərində bu hadisə "Batı geri döndü" kimi xatırlanır.

1301-ci ildə Ağ Orda hökmdarı Bayan xan Toxtanın yanına qaçdı. Ağ Ordada baş verən qiyamın təşkilatçılarını dəstəkləyən Toxta xan Duva xan və Kaydunun oğlu Çaparı məğlub edərək Bayan xanın hakimiyyətini bərpa etdi. 1304-cü ildə Toxta xan Cığatay xanlığından gələn təklifi qəbul edərək Teymur xanın hakimiyyətini qəbul etdi.

1312-ci ildə vəfat etdi.ПРОДОЛЖАТЕЛЬ РАШИД АД-ДИНА->ПРОДОЛЖЕНИЕ "СБОРНИКА ЛЕТОПИСЕЙ "->ТЕКСТ. www.vostlit.info.

Ailəsi Oğlanları: El-Basar (o sonradan hakimiyyət uğrunda mübarizənini baş verməməsi üçün bütün qohumlarını öldürmüşdü) Чингиз-наме / Факсимиле, перевод, транскрипция, примечания, исследования В. П. Юдина, комментарии и указатели М. Х. Абусеитовой, Алма-Ата, 1992, c. 102-103 və İlbasmışТизенгаузен В. Г. Сборник материалов, относящихся к истории Золотой Орды. Москва-Ленинград: Издательство Академии наук СССР, 1941, т. 2, с. 100, qızıː Mariya.

İstinadlar Kateqoriya:Qızıl Orda xanları