Əbu Müslim əl-Xorasani (; ) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.

Həyatı Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu.

Əbu Müslim və Dağıstan Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri varA.R.Şixsaidov. X-XV əsrlərdə Cənubi Dağıstanda islamın yayılması. SSRİ EA Dağıstan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Elmi əsərləri, VI cild, Mahaçqala, 1958, səh. 137..

İstinadlar

Mənbə Абу Муслим Britaniya ensiklopediyasında Абу Муслим Böyük Sovet Ensklopediyasında

Həmçinin bax Əbu Müslim məscidləri

Kateqoriya:Abbasi sərkərdələri Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:İran tarixi Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar