() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür.

Qısa morfoloji təsviri Ağ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2–2,5 sm uzunluğunda, 10–14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2–2,5 mm uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir. Təmiz və ya Litvinov tozağacı, quşarmudu və s. Cinslərlə birlikdə, bəzən də meşəaltı Qafqaz xanıməlisindən ibarət bitki senozu yaradır. Azərbaycanda tozağacı meşələri yuxarı dağ-meşə qurşağında yerləşməklə böyük torpaqqoruyucu və sutənzimləyici əhəmiyyətə malikdir. Dekorativ bitkidir.

Çохalması Tоxumla və vegetativ yolla çoхalır.

Yayılması Böyük Qafqazın Quba sahəsi (Quba və Qusar rayonları).

Bitdiyi yer Dəniz səviyyəsindən 1600–2200 m yüksəklikdə olan subalp və alp qurşağı meşələrində və karbonatlı torpağı olan qarışıq meşələrdə daha çox rast gəlinir.

Ümumi yayılması Dağıstan, Cənubi Osetiya və Şərqi Zaqafqaziyada təbii arealı vardır.

Sayı və tendensiyası Poplyasiya azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (tozağacı meşələrinin qırılması) və təbii amillərdir.

Mühafizə tədbirləri Çoxaldılması və bərpası tələb olunur. 

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gürcüstan florası Kateqoriya:Rusiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər