Aşağı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Aşağı Tüləkəran oyk., mür. Ağçayın sahilində, dağətəyi ərazidədir. Lüləkəran variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında Tüləkəran (indiki Yuxarı Tüləkəran) kəndindən çıxmış ailələrin həmin kəndə məxsus pay torpağında məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "aşağıda yerləşən Tüləkəran kəndi" deməkdir. Tüləkəran komponenti tülə (tat. "yunu çıxmış dəri") və kəran (kənd; yaşayış məntəqəsi termini) sözlərindən ibarət olub, "gön aşılamaqla məşğul olanlara aid kənd" mənasını ifadə edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 558 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər

azerbaijanphoto.com saytındakı şəkilləri Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri