Qorodetski Sergey Mitrofanoviç () – rus sovet şairi, tərcüməçi və pedaqoqdur.

Həyatı Yazıçı və etnoqraf Mitrofan İvanoviç Gorodetskinin oğludur. 1902-ci ildə qızıl medalla Sankt-Peterburqun 6-cı gimnaziyasını bitirib. Sank-Peterburq Universitetinin tarix-filologiya fakultəsində Aleksandr Blokla eyni vaxtda oxudu (bitirmədi) və həmin vaxtdan poeziyaya maraq göstərməyə başladı. 1905-ci ildə Vyaçeslav İvanoviç İvanovun "bürc" adlanan ədəbi salonuna gedirdi. 1906-1907-ci illərdə "Yar", "Perun", "Vəhşi iradə" poeziya kitablarını nəşr etdi - bunlar folklor meyilli simvolist əsərlər idi. 1909-cu ildə "Oyanış" jurnalında yazıları çap olunurdu. 1910-cu illərdə Qorodetski simvolistlərdən ayrıldı və 1912-ci ildə şair Nikolay Qumilyovla birlikdə Şairlər Gildiyasının təşkilatçılarından biri oldu. Qorodetski Bakıda olarkən ROSTA-nın incəsənət şöbəsinə rəhbərlik edib, sonra Xəzər Donanmasının Siyasi İdarəsində işləyib. Qorodetski Azərbaycan mədəniyyəti ilə maraqlanmış və diqqətəlayiq fikirlər söyləmişdir. O yazmışdır: "Azərbaycan Qərbin artıq unutduğu qədim sənət növlərini hələ də saxlayır. Burada aşıqlar oxuyur, musiqi improvizasiyası yaşayır, məişətdə ornament işlənir. 1921-ci ildən Moskvada yaşayırdı, çoxlu nəşrlər dərc etdirmiş, həm SSRİ xalqlarlarının, həm də xarici ölkələdən şeirlərin tərcümə etmişdir.

Sergey Qorodetski 1924-cü ilə qədər Moskva İnqilab Teatrında menecer işləyib, “İncəsənət işçiləri” jurnalının redaktoru, sonra 1932-ci ilə qədər İzvestiya qəzetinin ədəbi şöbəsində işləyib.

Yaradıcılığı İlk lirikalarında Qorodetski simvolistlərdən, ilk növbədə, Vyaçeslav İvanov, A. Blok və K. Balmontdan təsirlənmişdir. O, təbiətlə bağlı təzahür edən bütpərəst slavyan mifologiyasının və ibtidai qüvvələrin motivlərinə qayıdışla səciyyələnir. Bolşevik İnqilabından sonra Qorodetski siyasi şeirlər yazdı - vətəndaş müharibəsi dövrünün ajiotajından, proletar şairlərinə salamlar (1921), partiya qurultayları (1931, 1958) və kosmonavtlara (1962) "Partiyanın nəğməsi" kantatasının mətninə qədər.

Əsərləri Ярь. 1907 Перун, 1907 Ия. Стихи для детей. 1908 Кладбище страстей. Рассказы, т. 1, 1909 Цветущий посох, 1914 Стихотворения, 1956 Стихотворения и поэмы, 1974 Миролом. — М. Гиз, 1923. Весна безбожника. — Л.: Прибой, 1925. Русские портреты. — М., 1978. Судьба России. — Тифлис, 1918. Старуха на духу. — М.: Атеист, 1925. Про Ивана-Безбожника. — Л.: ГИЗ, 1926. Московские рассказы. — М., 1927.

İstinadlar

Xarici keçidlər

Sergey Qorodetski Sergey Qorodetski

Kateqoriya:Rus ədəbiyyatı Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri