Aşıqlı (əvvəlki adı: Voroşilovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun Aşıqlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Aşıqlı/Aşıxlı oyk., sadə. Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. 1931-ci ilədək Qaryağdı, 1958-ci ilədək Voroşilovka adlanmışdır. Gəncə çayının sağ sahilindən bir qədər aralı, Sanyal dağının ətəyindədir. Etnotoponimdir. 1917-ci ildə Aşıqlı variantında qeydə alınmışdır. Gürcüstanın Dmanisi r-nunda Aşıq kəndi, Moskva vilayətində Aşukino qəsəbəsi və d.y. stansiyası, Şəki-Zaqatala zonasında Aşıqlar məhəlləsi var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1367 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göygöl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göygöl rayonunun kəndləri