Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.

Tarixi Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi.

Əhalisi 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı.

İqtisadiyyatı Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular.

İstinadlar

Həmçinin bax Şirvan xanlığı

Xarici keçidlər

Kateqoriya:Şirvan xanlığının mahalları