Kazım Qoyuncu — (; ) — laz mənşəli Türkiyə musiqiçisi. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir.

Həyatı Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakültəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı. Çernobıl faciəsi zamanı havaya yayılan radioaktiv buludlar Qara dəniz üzərindən Türkiyənin "qara dəniz" bölgəsinə də təsir edir. Dövrün hökuməti lazımi tədbirləri görmür. Bu səbəbdən Kazım ağciyərində uşaqlıqdan xərçəng formalaşmışdır. 2004-cü ildə Ağciyər xərçəngi diaqnozu ilə xəstəxanada müalicəyə başlamışdır. 25 iyun 2005-ci ildə 33 yaşında vəfat etmişdir.

Diskoqrafiya

Zuğaşi Berepe (Dənizin uşaqları) qrupunda 1995: Va Mişkunan 1998: İgzas 1998: Bruxel Live

Grup Dinmeyen qrupunda 1996: Sisler Bulvarı

Solo albomları 2001: Viya! 2004: Hayde 2006: Dünyada Bir Yerdeyim (ölümündən sonra)

Kateqoriya:Lazlar Kateqoriya:Türkiyənin rok-musiqiçiləri Kateqoriya:Ağciyər xərçəngindən ölənlər