Corc Nataniel Kerzon (; ) – Böyük Britaniya dövlət xadimi, diplomat, markiz.
Həyatı Oksford Universitetini bitirmişdir. 1891–1892-ci illərdə Hindistanın işləri üzrə nazir müavini, 1898–1905 illərdə Hindistanın vitse-kralı, 1919–1924-cü illərdə B. Britaniyanın xarici işlər naziri olmuşdur. 1911-ci ilden parlamentin lordlar palatasının üzvü idi. Sovet-Polşa sərhədlərini müəyyənləşdirən "Kerzon xətti"ni 1920 ildə Antanta adından təklif etmişdir. Birinci dünya müharibəsindən (1914–18) əvvəl Qafqazda olmuş və regionu dərindən öyrənmişdir. 1920 il yanvarı 10-da Paris Sülh Konfransı (1919–20) Ali Şurasının iclasında Azərbaycan və Gürcüstan hökumətlərinin Antanta ölkələrindən kömək istəmələri haqqında məlumat vermiş, bu respublikalarm müstəqil dövlətlər kimi dərhal de-fakto tanıması təklifıni irəli sürmüşdür. Onun təklifi ilə yanvarın 11-də Antanta Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarının de-fakto tanınması barədə qərar qəbul etmişdir. Kerzon Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmiş, müttəfiq ordularının çıxarılmasının əleyhinə olmuşdur. Kerzon 1920 ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımları törətmiş ermənilər barədə belə demişdi:
"Mənə elə gəlir ki, siz erməniləri səkkiz yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız, halbuki ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını büsbütün isbat etmişlər."
İstinadlar
Xarici keçidlər Analysis of George Curzon as Viceroy India under Curzon and after, By Lovat Fraser, Published by William Heinemann, London – 1911.Digital Rare Book : Problems of the Far East: Japan – Korea – China by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org Modern parliamentary eloquence; the Rede lecture, delivered before the University of Cambridge, 6 November 1913 by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org Russia In Central Asia In 1889 by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org War poems and other translations by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org George Nathaniel CURZON was born 11 Jan 1859. He died 20 Mar 1925. George married Mary Victoria LEITER on 22 Apr 1895
Kateqoriya:Diplomatlar Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:Britaniya diplomatları Kateqoriya:Britaniya publisistləri Kateqoriya:Britaniya şərqşünasları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri