Məzmun Filmin qəhrəmanı Leyla (Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına (Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini (Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir... Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək "atasının vaxtı" ilə yaşayır.
İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir.
Festivallar və mükafatlar 1)1997-ci ildə Bakıda Aktrisa Ayan Mirqasımovaya "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
2)1997-ci ildə Madriddə (İspaniya) I Beynəlxalq kinofestivalı
Ən yaxşı rejissor işinə görə quruluşçu rejissor Hüseyn Mehdiyev "Qızıl Sevilya" Prizinə layiq görülmüşdür. Ən yaxşı gənc aktrisa üçün aktrisa Ayan Mirqasımovaya "Gümüş Sevilya" Prizi verilmişdir.
3)1997-ci ildə Daşkənddə XII Beynəlxalq kinofestival
Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Ayan Mirqasımovaya (çinli aktrisa Si Meyyunla birgə) "Qızıl Zanbaq" Mükafatı verilmişdir.
4)1997-ci ildə Anapada (Rusiya) MDB və Baltikyanı ölkələrin kinofestivalı Ən yaxşı qadın roluna görə aktrisa Ayan Mirqasımovaya Priz verilmişdir.
Film haqqında 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir.
Səhv Orfoqrafik: Titrlərdə filmin adı "Özğə Vaxt" olaraq yazılmışdır. Doğrusu "Özgə Vaxt" olmalıdır.
Filmin heyəti
Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) Quruluşçu rejissor: Hüseyn Mehdiyev Ssenari müəllifi: Ramiz Rövşən, Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov, Nadir Mehdiyev Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Azər Dadaşov Filmin direktoru: Arif Səfərov Səs operatoru: Vladimir Savin, Nataliya Nuriyeva Montaj edən: Gülşən Səlimova Rejissor: Süleyman Əhmədov Operator: Sahib Səfərov Geyim rəssamı: Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi) Qrim rəssamı: Elbrus Vahidov, Telman Yunusov Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Çalır: Qara Qarayev Adına Azərbaycan Dövlət Kamera Orkestri Dirijor: Rauf Abdullayev Musiqi redaktoru: Rauf Əliyev Rejissor assistenti: Şamil Əliyev, K. İbrahimova Operator assistenti: Nizami Səfərov Geyim üzrə assistent: Xalidə Ağacanlı (Xalidə Ağacanova kimi) Montaj üzrə assistent: Xalidə Cəfərova Dekor rəssamı: Elyaz Səfərov Səs texniki: E. Abbasov Fotoqraf-rəssam: Natiq İbrahimov İşıq ustası: Məhəmməd Hacıyev İşıqçı: Həsən Sultanov, Adil Dadaşov Məsləhətçi: Ağabəy Sultanov, İ. Yampolski Təlimçi: E. Cəfərov Rəng tənzimləyicisi: Əminə Cəfərova Rəng tənzimləmə üzrə assistent: İ. Raskina Pirotexnik: R. Şəfiyev, Dmitri Kasilov, Əlibala Məmmədov Geyimçi: Sofa Hüseynova (S. Hüseynova kimi) Əlbəsəçi: Taisiya Kovalyova, A. Sirdayeva Sürücü: Nizam Əliyev, A. İbrahimov, R. Ağayev, Muxtar Əzizbəyov, V. Cəbrayılov Fəhlə: Y. Rıjov, A. Krivopusko İnzibatçı: O. Ağayev, Rafiq Musayev (R. Musayev kimi), Tamara Kazaçenko (T. Kazaçenko kimi), Yusif Əlizadə (Y. Əlizadə kimi), T. Qasımova Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Musiqisindən istifadə edilən bəstəkar: İohan Sebastyan Bax
Rollarda Ayan Mirqasımova — Leyla Ələddin Abbasov — ata Həsən Məmmədov — həkim Elşən Rüstəmov — Orxan Rafiq Əliyev (II) — qonşu Elmira Şabanova — Orxanın anası Zərnigar Ağakişiyeva — tibb bacısı Nərminə Zərbəliyeva Elmira Həşimzadə (Elmira Haşımzadə kimi) — baxıcı dayə Pərvin Sultanzadə Sona Babayeva İqlimə Yaqubova Y. İmanov Məmmədkamal Kazımov A. Bəşirov Səidə Səfərova (S. Səfərova kimi) S. Məmmədova N. Rzayeva O. Ağayev R. Şəfiyev
Sponsor "Azərkinovideo" İstehsalat Birliyi
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 372. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1996-cı ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri